İrandan gətirilən yükdə 365 kiloqram heroin tapıldı

14:49 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrandan Ermənistana gətirilən yük arasında 365 kiloqram narkotik vasitə tapılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin heroinin bazar dəyəri 45 milyon dollar təşkil edir.

Ermənistan Təhlükəsizlik Xidməti 6 nəfəri saxlayıb. Narkotik vasitənin Qərbi Avropaya daşınması planlaşdırılırdı.