Yazını böyüt
Yazını kiçilt
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın şimalında yerləşən Əlborz vilayətində neft anbarının vurulması nəticəsində 6 nəfər ölüb.
Hafta.az-ın məlumatına görə, bunu İranın Əlborz vilayəti valisinin müavini Qüdrətulla Seyf yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.
Seyf bildirib ki, neft anbarının vurulması nəticəsində baş verən yanğının gələn bir neçə saat ərzində tam şəkildə söndürülməsi nəzərdə tutulub.