İlk dəfə aerotaksinin uçuş nümayişi keçirilib

09:34 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astanada ilk dəfə vertikal qalxıb-enən elektrik hava gəmisi (eVTOL) əsasında aerotaksinin uçuş nümayişi keçirilir.

Hafta.az xəbər verir ki, nümayiş “Qazanat” ippodromunun ərazisində reallaşır və Qazaxıstanda şəhər hava mobilliyinin (Urban Air Mobility, UAM) inkişafının növbəti mərhələsidir.

Uçuş üçün bir pilot və beş sərnişin üçün nəzərdə tutulan “AutoFlight Prosperity” sərnişin eVTOL-dan istifadə olunur. Qurğu saatda 200 kilometrədək sürət yığmaq və 200 kilometrədək məsafə qət etmək qabiliyyətinə malikdir.

Tədbirin təşkilatçıları Qazaxıstanın “Alatau Advance Air Group Ltd.” özəl şirkəti və onun beynəlxalq tərəfdaşı - Çinin “AutoFlight” şirkətidir.

Xatırladaq ki, Qazaxıstanda eVTOL-un ilk nümayiş uçuşları 2026-cı ilin may ayında Alatau şəhərində keçirilib. Ölkədə, hətta eVTOL-ların, vertiportların və pilotsuz hava hərəkətini idarəetmə sisteminin hüquqi statusunu təsbit edən qanunvericilik bazası da yaradılıb.