İranlı aktyor Asiyanın ən məşhur kişi aktyoru mükafatını qazandı

08:45 11.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranlı aktyor və rejissor Nəim Salehi 3-cü Kamboca Asiya Bədii Filmlər Festivalında Asiyanın ən məşhur kişi aktyoru mükafatını qazanıb.

Hafta.az-ın yazdığına görə, sənətçi bu mükafatı rejissoru Sina Xani olan “Küləyə deyin” filmindəki roluna görə qazanılıb. Mükafat Qızıl Çiçək heykəlciyi və təşəkkür sertifikatından ibarətdir.

Festivalın bu buraxılışında Asiya ölkələrindən yüzlərlə film iştirak edib. Nəticədə Çin, Malayziya, İndoneziya, Hindistan və İran da daxil olmaqla müxtəlif ölkələrdən otuz film müsabiqə bölməsinə daxil olub.