İraqda spirtli içkilərin istehsalı, satışı və idxalı yasaqlandı

09:47 07.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqda spirtli içkilərin idxalını və satışını qadağan edən qanun ötən həftənin sonunda gömrükdə qüvvəyə minib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, İraq Gömrük İdarəsi qanunvericilikdəki fikir ayrılıqlarına baxmayaraq, keçən ay qanuna çevrilmiş idxal qadağasının həyata keçirilməsi əmrini verib.

Spirtli içkilərin satışını, idxalını və ya istehsalını qadağan edən tənzimləmə ilk dəfə 2016-cı ildə parlament tərəfindən təsdiqlənib, lakin fevralın 20-də rəsmi qəzetdə dərc edildikdən sonra qanuna çevrilib.

Gömrük İdarəsindən verilən açıqlamada Baş Gömrük İdarəsi hər cür spirtli içkilərin bütün gömrük mərkəzlərinə girişinin qadağan edilməsi əmrini verib.

Yeni qanun pozuntulara görə 10 milyondan 25 milyon dinara qədər (7700-19000 dollar) cərimə nəzərdə tutur.