İraqın Baş naziri İlham Əliyevi təbrik edib

17:44 08.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hafta.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".