Yazını böyüt
Yazını kiçilt
İsmayıllı və Hacıqabul rayonlarının sakinlərində silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Bundan başqa, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.