İsmayıllıda Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı tədbir keçirilib

12:30 07.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycançılıq ideologiyasının təbliğində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində növbəti tədbirini İsmayıllı şəhərində YAP-ın rayon təşkilatının akt zalında keçirib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov Azərbaycançılıq ideologiyasının yaranma zərurəti və tarixi tələb haqda danışıb. O, ulu öndər Heydər Əliyevin ölkənin, xalqın ən ağır dövründə meydana çıxdığını və bütün xalqı Azərbaycançılıq ideologiyası əytradfında birləşdirdiyini deyib. Natiq milli ideologiyanın yaranmasında Heydər Əliyevin böyük və gərgin işindən danışıb.

Layihənin ekperti Qismət İsmayılov çıxış edərək Azərbaycançılıq ideologiyasının milli birliyin əldə olunmasında rolundan danışıb: “Tarix boyu Azərbaycan xalqı özünün milli dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb və böyük fədakarlıqla gələcək nəsillərə ötürüb. Müstəqllik qazandıqdan bu günə qədər Azərbaycan  genişmiqyaslı layihələr həyata keçirib və bunun nəticəsi olaraq uğurlu inkişafa nail olub. Xüsisilə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra güclü, monolit dövlət yaratmaqla bərabər azərbaycançılığı və bunun fonunda ölkəmizdə vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin etdi. Bu müdrik siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirlməkdədir. Təbii ki, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə cəmiyyətin dəstək verməsinə ehtiyac var. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu məsələyə cəmiyyətimizin müxtəlif təbəqələri arasında yetərincə diqqət göstərilmir, yaxud da ona səthi yanaşılır”.

Tədbirdə iştirakçılar da mövzu ilə bağlı fikirlərini bildiriblər. Maraqlı müzakirələr aparılıb.