İsmayıllıda bıçaqlanma  - 4 nəfər xəsarət alıb

08:10 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda şəxsi münasibətlər zəminində insident baş verib.

Hafta.az xəbər verir ki, hadisə gecə saatlarında rayonunun Talıstan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə hadisədə rayon sakinləri - 20, 18, 17 və 58 yaşlı şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 23 yaşlı Elşən Babayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.