İsmayıllıda toyda zəhərlənən 30 nəfərdən 26-sı evə buraxılıb

10:21 28.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib.

Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 26 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb.

Hazırda xəstəxanada 4 nəfər müalicə alır ki, onlardan 2-si azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər.