İspaniya NATO-dan çıxarıla bilər

08:29 10.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib.

Hafta.az xəbər verir ki, bu barədə o, finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşdə deyib. Buna səbəb İspaniyanın alyansda Trampın beş faiz müdafiə xərcləri tələbini yerinə yetirməməsidir.

“Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü, lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var, bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, - deyə Tramp əlavə edib.