Yazını böyüt
Yazını kiçilt
İsrail ordusu müharibənin başlanğıcından bəri İrana 16 min bomba atdığını bildirib.
Hafta.az yazır ki, İsrail ordusunun son açıqlamasına görə, Hərbi Hava Qüvvələri müharibənin başlanğıcından bəri İranda 800-dən çox hücum dalğası həyata keçirib.
Məlumatda deyilir ki, 4 mindən çox hədəfə 10 mindən çox ayrı-ayrılıqda hücum edilib və 16 mindən çox bomba atılıb.
İsrail ordusu bildirib ki, vurulan hədəflər arasında hava hücumundan müdafiə sistemləri, ballistik raket buraxıcıları, silah istehsalı müəssisələri, nüvə obyektləri, müxtəlif qərargahlar, hərbi komandirlər və liderlər var.