İraq rəsmiləri İsrail əsilli rusiyalı tədqiqatçı Elizabet Tsurkovun İraqda qaçırılması ilə bağlı təhqiqata başladığını elan etsə də, hadisə sirr olaraq qalır. Çünki hakimiyyət istintaq dosyesində hər hansı yeni inkişafdan bəhs etməsə də, mənbələr Tsurkovun taleyini öyrənmək üçün bəzi silahlı şiə qruplarına təzyiq edildiyini bildirir.
Hafta.az-ın yazdığına görə, “Tsurkovun Bağdadda oğurlanmasının məqsədi Təl-Əvivdə bir iranlı məhbusun azadlığa buraxılması üçün dayandırılmış danışıqları yenidən canlandırmaq üçün İsrailə təzyiq göstərməkdir”, - “Haşdi-Şabi” mənbələri, Milli Təhlükəsizlik və parlament üzvləri belə deyirlər.
Silahlı qruplara yaxın təhlükəsizlik mənbəsi Tsurkovun Tehranın tələbi ilə İraqda “Ketaib Hizbullah”la birlikdə olduğunu, digər mənbələr isə onun İrana köçürüldüyünü iddia edir. Mənbələr bildirir ki, hazırda İranla İsrail arasında qeyri-yerli vasitəçiliklə danışıqlar davam edir. Əslində hər iki tərəfin danışıqları asanlaşdırmaq üçün ərəb olmayan region ölkəsini seçdiyi məlumdur.
Bəziləri, keçən iyun ayında Cənubi Kiprdə israillilərə qarşı hücumlar təşkil etməkdə günahlandırılaraq İranda İsrail tərəfindən qaçırılan Yusif Şahbazinin azad edilməsi müqabilində Rusiyanın müdaxiləsi ilə Tsurkovun yaxın günlərdə azad edilməsi ilə nəticələnə biləcək danışıqlar aparıldığını deyir. Yerli müşahidəçilər də Şahbazi və Tsurkov işi arasında əlaqənin ola biləcəyini düşünürlər.
Dəfələrlə İraqa səfər edən Tsurkov İraq və Suriyadakı silahlı qruplaşmaları araşdırmaqda maraqlı olduğu üçün hərbi qanadlı tərəflərlə görüşüb. O, sosial şəbəkələrdə Sədr Hərəkatı üzvləri və digər cərəyanlarla görüşünün fotolarını yerləşdirib, şiə şəhərlərində olub. Müsahibələrində o, "müqavimət" tərəfdarları ilə qarşılaşırdı. Sədr tərəfdarları ilə bir araya gələn Tsurkov Bağdadın Sədr rayonunda Sədr tərəfdarlarının qıldığı cümə namazlarından birinə qatılıb. Bunun üzərinə Sədr hərəkatının əleyhdarları hərəkatın adam oğurluğunda iştirakının mümkünlüyü ilə bağlı bəzi şayiələr yayıblar.
“Şarkul-Avsat”a danışan, lakin adının açıqlanmasını istəməyən Sədr Hərəkatının üzvü tənqidlərə cavab olaraq deyib: “Onlar diqqəti yayındırmaqda mahirdirlər, lakin İraqda hər kəs bu cür əməliyyatlarda hansı tərəfin mahir olduğunu bilir. Tsurkov bəzi Sədr tərəfdarları ilə görüşüb. Onun cümə namazında onlarla birlikdə iştirak etdiyi məlumdur. Lakin o, hərəkatın yüksək rütbəli liderləri ilə deyil, adi ünsürləri ilə görüşüb. Bu adamlar bilirlər ki, o, sadəcə rusiyalı əcnəbi tədqiqatçıdır. O, rəsmi və açıq şəkildə İraqa daxil olub” deyib.
Bu məqamda qeyd etmək lazımdır ki, 2022-ci ilin mayında İsraillə normallaşmanı cinayət hesab edən qanunun qəbul edilməsində israrlı olan Sədr Hərəkatı idi.
Hökumət sözçüsü Basim əl-Avadi son açıqlamalarında, "İraq hökuməti rəsmi araşdırmalarını tamamlayana və bir nəticəyə gəlməyincə bu məsələ ilə bağlı rəsmi açıqlama verilmir" deyib. Daxili İşlər Nazirliyi mənbələri israilli şəxsin ölkəyə daxil olmasına icazə verildiyini təkzib edib. Çünki qüvvədə olan qanunlar israillilərin ölkəyə daxil olmasına mane olur. Tsurkovun İraqa Rusiya vətəndaşı kimi daxil olduğu güman edilir.
İsrailin baş naziri Benyamin Netanyahu təxminən dörd ay əvvəl İraqda baş verən adam oğurluqlarının arxasında dayanan “Kataib Hizbullah”ı ittiham edib. “Kataib Hizbullah” rəsmisi Əbu Əli əl-Əskəri oğurlanan qadını cümə axşamı məhbus kimi təsvir edib. Tvitter hesabında paylaşım edən Əskəri, “Sionist varlığın baş nazirinin İraqda İsrail təhlükəsizlik elementinin olduğunu etiraf etməsi çox təhlükəli göstəricidir. Buna diqqətlə və qətiyyətlə yanaşmaq lazımdır” deyib.
“Kataib Hizbullah” bildirib ki, “Onlar ictimai mənafeyə xidmət etmək niyyəti ilə İraqdakı sionist məhbusların taleyini, bu cinayətkar dəstənin niyyətlərini və onların hərəkətlərinə yardım edənlərin kim olduğunu öyrənmək üçün əllərindən gələni edəcəklər”.
Koordinasiya Çərçivəsinin adını çəkməyən rəsmisi "Mən bilmirəm, əgər məsələyə həqiqətən yaxın deyillərsə, Tsurkovu niyə məhbus adlandırırlar?" deyib.
Tsurkovun azad edilməsi üçün İran hakimiyyəti ilə İsrail arasında gizli danışıqlar aparıldığı bildirilir. Yerli hesablamalar var ki, İraq hakimiyyət orqanları Tsurkovun oğurlanmasının şərtləri ilə bağlı qəti nəticəyə gələ bilməyiblər və adam oğurluğu “Kataib Hizbullah” kimi geniş nüfuzlu silahlı qrup tərəfindən həyata keçirilib. Əslində, oxşar hadisə 2015-ci ildə silahlı qrup tərəfindən oğurlanaraq həbs edilən və ən azı bir ildən sonra fidyə müqabilində sərbəst buraxılan qətərli balıqçılarla bağlı da baş vermişdi.