Yazını böyüt
Yazını kiçilt
İsrail Prezidenti Rouven Rivlin martın 23-də keçirilən parlament seçkilərinin nəticələri əsasında yeni hökuməti formalaşdırmaq vəzifəsini Baş nazir Binyamin Netanyahuya həvalə etmək qərarına gəlib.
İsrail qanunlarına əsasən, hökuməti formalaşdırmaq üçün 28 gün ayrılır və bu müddəti yalnız iki həftə artırmaq mümkündür.
“Mən Knesset üzvlərinin deputat Binyamin Netanyahunun hökuməti qurmaq şansının daha çox olması barədə tövsiyələrinə əsasən bu qərara gəldim və müvafiq olaraq bunu ona həvalə etdim”, - deyə Rouven Rivlin prezident dəftərxanası tərəfindən yayımlanan xüsusi müraciəti zamanı bildirib.