İsraildə aktiv koronavirus xəstələrinin sayı azalıb 

10:58 25.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 nəfər yoluxub.

Hafta.az-ın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 971 nəfərə, ölənlərin sayı isə 6 350 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 829 811 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb.