İsrailin Azərbaycandakı səfiri Qarabağ səfərindən paylaşım edib

19:40 01.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Qarabağ səfərindən təəssüratlarını paylaşıb.

Hafta.az xəbər verir ki, o bu barədə "X"də paylaşım edib.

"Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır. Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər - hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm", deyə paylaşımda qeyd olunub.