İstanbulda baş verən partlayışda 4 nəfər ölüb, 36 nəfər yaralanıb - YENİLƏNİB

18:40 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində 36 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğundan məlumat verilib.

*** 18:09

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında partlayış baş verib.

Hafta.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış yerli vaxtla təxminən saat 16:20-də İstiqlal küçəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, çox sayda xəsarət alan var.