İstanbulda dəhşət: 2 pakistanlı cinayətkar 9 pakistanlını girov saxlayırmış

13:40 24.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulun Bayrampaşa rayonunda 2 pakistanlı cinayətkar 9 pakistanlını girov götürüb, daha sonra isə hər nələri varsa əllərindən alıb gediblər. İstanbul 1-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda saxlanılan həmin pakistanlı müttəhimlər Ömər Şah və Fərman Xanın cinayəti üzrə işə baxılıb.

Hafta.az-ın yazdığına görə, işin bitəcəyi xəbəri verilən və son müdafiəsi istənən müttəhim Ömər Şah hadisədən xəbərsiz olduğunu iddia edərək "Şikayətçilərin üzərimdə heç bir əşyası olmayıb. Mənim əleyhimə heç bir dəlil yoxdur. Əgər hər hansı dəlil varsa, məni cəzalandırın, əks halda bəraət almağımı tələb edirəm. Polis idarəsində TikTok videolarına baxılıb. O videodakı şəxs mən deyiləm” deyib.

Digər təqsirləndirilən Fərman Xan isə hadisə baş verən gün sərxoş olduğunu iddia edərək cinayəti bilərəkdən törətmədiyini iddia edib. Hadisənin baş verdiyi evə getmədiyini, aparıldığını iddia edən Xan şikayətçilərdən pul almadığını və görüntülərdəki şəxsin Ömər şah olmadığını iddia edərək, bəraətini tələb edib.

İşə qərar verən məhkəmə, müttəhimlər Ömər Şah və Fərman Xanı 8 nəfərə qarşı “xüsusi talama” və “zor, hədə-qorxu və ya dələduzluq yolu ilə azadlıqdan məhrumetmə” ittihamları ilə 133 il 3 ay həbs cəzasına məhkum edib.

Nümayəndə heyəti həmçinin müttəhimlərin “yaşayış toxunulmazlığını pozduqlarına” görə cəzalandırılmaması və şikayətçiyə qarşı törətdikləri iddia edilən cinayətlərə görə bəraət hökmü çıxarıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu 9 pakistanlının qaldıqları evdə girov götürüldükləri barədə şikayət etməsindən sonra istintaqa başlayıb. Qurbanların girov götürüldüyü anların sosial mediada paylaşılan görüntülərini və hadisə yerinin ətrafındakı təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, şübhəlilərin Bağcılarda yaşadıqlarını təyin edib. Ünvanda keçirilən əməliyyatda iki pakistanlı şübhəli saxlanılaraq həbs olunub.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə qeyd olunub ki, yanvarın 4-də Bayrampaşa Orta Məhəllədə 9 pakistanlının qaldığı evə 6 nəfərlik qrup qapını döyüb, daha sonra zorla daxil olub. İddianamədə, aralarında bıçaq və silah olan şübhəlilərin də olduğu həmin 6 nəfərdən bəzilərinin şikayətçilərin evə girən zaman onlara hücum etməyə başladığı, paltarlarını zorla çıxararaq, 6 min lirə və 9 mobil telefonu ələ keçirdikləri bildirilib.

İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxslər şikayətçilərin evdən çıxmazdan əvvəl əl-qolunu bağlayıb və bu anları videoya çəkərək sosial şəbəkədə paylaşıblar.

İddianamədə qeyd olunub ki, təqsirləndirilən şəxslərin evlərində aparılan axtarış zamanı şikayətçilərə məxsus mobil telefon, köynək, şalvar, ayaqqabı, idman şalvarı və bel çantası tapılıb.