İstehlaka yararsız süd məhsulları məhv edilib

13:17 17.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən 71 adda, 12,5 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Hafta.az-ın məlumatına görə, bu haqda AQTA-dan məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.