İsveç NATO-ya üzv olmaq üçün antiterror tədbirləri görməyib - Çavuşoğlu

13:02 27.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə Ankarada keçirdiyi mətbuat konfransında İsveçin Şimali Atlantika Alyansına daxil olmaq üçün terrorla mübarizədə mühüm addımlar atmadığını bildirib.

"İsveç imzalanmış memorandum çərçivəsində terrorla mübarizə sahəsində heç bir inandırıcı addım atmayıb", - Çavuşoğlu bildirib.