İsveç YPG və PYD ilə BÜTÜN ƏLAQƏLƏRİ KƏSDİ

12:50 05.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Tobias Billström bildirib ki, yeni hökumət Suriyadakı kürd milislərinin təşkilatı olan YPG və onun siyasi qolu olan PYD ilə əlaqələri kəsir.

Hafta.az-ın yazdığına görə, nazir bu haqda "Sveriges Radio"ya müsahibəsində danışıb.

Qeyd edək ki, bu bəyanat İsveçin Baş naziri Ulf Kristerssonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən əvvəl verilib. 

İsveç əvvəllər YPG və PYD-yə dəstək veririb, lakin yeni hökumət Türkiyənin terrorçu hesab etdiyi bu iki kürd təşkilatına fərqli baxır. "Biz Türkiyə ilə münasibətlərimizə xələl gətirənlərlə bağlı şübhə və problemin olduğuna inanırıq. Şübhəli təmasların olmayacağını və bu əməkdaşlıqda qeyri-müəyyənliyin olmamasını açıq şəkildə bildirmək vacibdir", - Tobias Billström bildirib.

"Əsas dəyər İsveçin NATO-ya üzv olması və bir tərəfdən Türkiyə, digər tərəfdən İsveçlə Finlandiya arasında davam edən danışıqlarda uğur qazanmağımızın vacibliyidir və bu hissələrdə yaxşı münasibətlərimizin olması vacibdir", - o deyib.

Qeyd edək ki, Türkiyə və Macarıstan hələ də Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyiblər. Amma gözlənildiyi kimi, Macarıstan ilin sonuna qədər bu ölkələrin ittifaqa qoşulmasını təsdiq edə bilər.

Siyasət rubrikasından digər xəbərlər