İsveçin Ukraynaya ayırdığı növbəti hərbi yardım paketi əvvəlkindən 50% çoxdur və ona hava hücumundan müdafiə vasitələri daxildir. Bunu bazar günü müdafiə naziri Pol Conson Ukraynaya səfəri zamanı Odessada keçirdiyi mətbuat konfransında deyib.
"Bir neçə həftə əvvəl hökumət Ukrayna üçün doqquzuncu dəstək paketini qəbul etdi, bu, səkkizinci ilə müqayisədə artıq 50% çoxdur", - Yonson deyib. "Bu paketdə biz hava hücumundan müdafiə, həmçinin başqa bir hava hücumundan müdafiə növü üçün sursat təmin edirik və təbii ki, qışa hazırlıqla bağlı paket də var", - İsveç müdafiə naziri bildirib.
O, yanvarın 1-dən İsveçin Avropa İttifaqına sədrlik etməyə başlayacağını xatırladıb və Ukraynanın maraqlarının qorunmasının Stokholm üçün mühüm vəzifə olacağını vəd edib.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun sözlərinə görə, onun isveçli həmkarı fevralın sonunda hərbi əməliyyatların başlanmasından sonra Ukraynaya gələn 18-ci xarici müdafiə naziri olub.