İsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərini bloklayıb

12:34 14.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçrə hökuməti Rusiyanın 7,5 milyard frank (8,1 milyard dollar) dəyərində aktivlərini bloklayıb, TASS ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) sözçüsü Markus Sporndliyə istinadən xəbər verir.

Bununla yanaşı, Sporndli qeyd edib ki, ölkənin İqtisadiyyat Nazirliyi Credit Suisse tərəfindən 17,6 milyard İsveçrə frankı dəyərində (19 milyard dollardan çox) Rusiya aktivlərinin bloklanmasına münasibət bildirməkdən çəkinir.

Onun sözlərinə görə, Credit Suisse-nin açıqladığı məlumatlara təkcə İsveçrə sanksiyaları səbəbindən bloklanan vəsaitlər deyil, həm də digər ölkələrdə sanksiyalara məruz qalan şəxslərə və təşkilatlara məxsus vəsaitlər daxildir. “Ona görə də İqtisadiyyat Nazirliyi bu məlumatlara münasibət bildirə bilməz”, o əlavə edib.