İtaliya əhalisinin sayı azalır

09:10 19.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliya Milli Statistika İnstitutundan (ISTAT) verilən yazılı açıqlamaya görə, ölkə əhalisinin azalması ötən ildə də davam edib.

Hafta.az-ın yazdığına görə, 31 dekabr 2022-ci il tarixinə ölkədə yaşayanların sayı 58 milyon 997 min 201 nəfərədək azalıb.

Hazırda ümumi əhalinin 51,2 faizini qadınlar, 48,8 faizini isə kişilər təşkil edir.

2022-ci ildə ölkədə 393 min doğuş qeydə alınıb. Müvafiq olaraq, 2022-ci ildə doğulanların sayı 2021-ci illə müqayisədə 7 min nəfər azalıb.

İtaliyada məskunlaşan qeydiyyatdan keçmiş əcnəbilərin sayı 5 milyon 141 min 341 nəfərə çatarkən, ölkədə yaşayan əcnəbi əhalinin sayı 2021-ci ilə nisbətən 2,2 faiz artıb.

Əcnəbi mənşəli əhalidə müsbət dinamika nəticəsində azalma məhdud olsa da, bütövlükdə əhali qocalıb və azalıb.