Yazını böyüt
Yazını kiçilt
İtkin düşən Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli tapılıb.
Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Modern.az-a bildirib ki, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən dərhal axtarışlara başlanılıb.
DİN rəsmisi deyib ki, Cavid Bədəlov tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl C.Bədəllinin atası Rafiq Bədəlov oğlunun itkin düşməsi barədə məlumat vermişdi. O, oğlunun evdən çıxmazdan əvvəl ailə üzvlərilə kiçik münaqişə yaşadığını qeyd etmişdi.