Yazını böyüt
Yazını kiçilt
İş qadını və ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı İvanka atasının yeni prezident seçkiləri kampaniyasında iştirak etməyi planlaşdırmadığını bildirib. Bu barədə Fox News Digital xəbər portalı məlumat yayıb.
Onun sözlərinə görə, o, "uşaqlara və ailəyə, şəxsi həyata üstünlük vermək" qərarına gəlib. İvanka əlavə edib ki, o, “atasını həmişə sevəcək və dəstəkləyəcək, lakin siyasi arenadan kənarda”.
Xatırladaq ki, 2016-cı ildə Donald Trampın ilk kampaniyası zamanı İvanka tez-tez tədbirlərdə və mitinqlərdə atasını dəstəkləyən çıxışlar edib və onun seçkilərdəki qələbəsindən sonra ABŞ administrasiyasında könüllü olaraq müşavir kimi çalışıb. Onun əri Jared Kuşner Tramp administrasiyasında prezidentin baş müşaviri vəzifəsində çalışıb.