İyul ayında bağçalara elektron qəbul başlayacaq - Nazirlik

17:32 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyul ayında bağçalara elektron qəbul başlayacaq.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək.

"Bütün valideynlərə bərabər şərait yaradılması üçün onlar vahid sistemdən qeydiyyatdan keçib övladları üçün müvafiq ərazidə bağça seçib yer əldə edə bilərlər", - deyə o əlavə edib.