İyulda bir ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği artıb

11:56 02.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin iyul ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 28,07% artıb.

Hafta.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

Qeyd edilib ki, ötən ilin iyul ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 364,2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 466,4 manat təşkil edib.