İyulda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

09:38 09.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 688 min nəfərdən çox olub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, onlardan 392 min nəfərdən çoxu müavinət, 296 min nəfərdən çoxu isə təqaüd alıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.