İyulun 10-da imtahan keçiriləcək

11:34 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 10-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) TOEFL iBT imtahanı keçiriləcək.

 

DİM-dən hafta.az-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

 

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.