Kadırovdan yayılan şayiələrlə bağlı cavab - VİDEO

19:35 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırov səhhətinin ağır olması və guya xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Hafta.az xəbər verir ki, o, hazırda xəstəxanada olmadığını açıqlayıb.

Onun iştirakı ilə çəkilən videoda Çeçenistan Prezident Administrasiyasının keçmiş rəhbəri İbrahim Zaqriyev tərəfindən "Instagram" sosial şəbəkəsində paylaşılıb.

Görüntülərdə Ramzan Kadırov Qroznı şəhərində avtomobil idarə edərkən görünür və şəhərdə aparılan dəyişikliklərdən danışır. Çıxışı zamanı o, zarafatla "Deməyi unutdum ki, mən xəstəxanada deyiləm" deyə qeyd edib.

Kadırovun böyrək çatışmazlığı səbəbilə hospitalizasiya edilməsi ilə bağlı məlumatlar Ukrayna mediasında yayılmışdı. Bu iddialara münasibət bildirən Çeçenistan rəhbəri Ukrayna xüsusi xidmət orqanlarının zəif işlədiyini deyib.

"Deyirlər ki, guya böyrəklərim fəaliyyətini dayandırıb, xəstəxanadayam və mənim üçün Moskvadan özəl klinikadan həkimlər gətirilib. Reallıqda isə mən şəhər boyu avtomobillə hərəkət edirəm", – deyə Kadırov videoda bildirib.