Kamilə Əliyeva: “ABŞ, Avropa İttifaqının verdiyi vədlərlə Ermənistanın inkişafı mümükün deyil”

16:33 18.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Makron hakimiyyəti Cənubi Qafqaz regionunda nüfuz qazanmaq uğrunda çarpışır və bunun üçün də heç bir gücü olmayan Ermənistandan bir alət kimi istifadə edir.

Bunu hafta.az-a deputat Kamilə Əliyeva Brüssel görüşündən sonra Ermənistanın Azərbaycanın 4 kəndinin qeyd-şərtsiz qaytarılması ilə bağlı sərgilədiyi ziddiyyətli davranışlarla bağlı bildirib.

K.Əliyeva Fransanın tarix boyu zəif, gücsüz dövlətlərə qarşı müstəmləkəçi siyasət yürütdüyünü, artıq bir sıra Afrika dövlələrinin bu ölkənin boyunduruğundan azad olmaq ərəfəsində olduğunu bildirib. Deputat Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupunun Fransa müstəmləkəsindən azad olub müstəqil, suveren yaşamaq istəyən dövlətlərə siyasi və mənəvi dəstək göstərdiyini önə çəkib.

“Bəzi qərb dövlətləri Ermənistana havadarlıq etmələrinə baxmayaraq Azərbaycan bütün bu qüvvələrə qalıib gələrək torpaqlarını işğaldan azad elədi. Ermənistan və havadarları Azərbaycan xalqının, dövlətinin gücünü, nəyə qadir olduğunu gördü. Müharibədən keçən 5 ay müddətində regionda silah səsi eşidilmədi. Artıq Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün böyük imkanlar yaranmış, ikitərəfli danışıqlar öz müsbət nəticələrini verirdi. Ermənistan baş naziri Paşinyanın Tovuzun 4 kəndinin qeyd-şərtsiz Azərbaycana qaytarılmalı olduğu barədə fikirləri sülhə bir addım da yaxınlaşmanı göstərirdi. Lakin Fransa bu dəfə də Ermənistan hakimiyyətinə təsir göstərməyə başladı. 5 aprel Brüssel görüşündə Ermənistana yeni vədlər verildi və Azərbaycanla sülhün bağlanmasına bir daha maneə töprədildi”.

Deputat qeyd edib ki, Brüssel görüşündə Azərbaycana düşmən münasibəti ilə seçilən Avropa İttifaqı xarici əlaqələr komitəsinin sədri Barellinin iştirakı Ermənistanda revanşist qüvvələri daha da ruhlandırdı.

“Ermənistan və onun böyük havadarı olan Fransanın təxribatlarına baxmayaraq Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcbirdur. Nə ABŞ, nə Avropa İttifaqının verdiyi vədlər, dilənçi pullarla Ermənistan dövlətinin inkişafı mümükün deyil. Düşünürəm ki, Ermənistan Azərbaycanla sülh sazişinə imza atacaq və Fransa regionu üzüqara, məğlub tərk edəcək”.

Oxunma sayı 37