Kanada Belarusa qarşı yeni sanksiyalar planlaşdırır

19:10 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kanada Ukraynadakı münaqişə ilə əlaqəli olduğu iddia edilən 22 Belarus rəsmisi və 16 şirkətə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Hafta.az xarici KİV-ə istinadla xəbər verir.

Məhdudiyyətlərin təsirinə məruz qalacaq şirkətlər hərbi istehsal, mühəndislik, texnologiya, dəmir yolu daşımaları və bankçılıq sahələrində fəaliyyət göstərir.

Kanada Xarici İşlər Nazirliyinin məlumatına görə, Belarusdakı məmurlar arasında Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat zamanı Rusiya hərbi texnikasının yerləşdirilməsi və daşınmasında iştirak edənlər də var.

Ümumilikdə, Ukrayna hadisələri kontekstində Ottava Belarus da daxil olmaqla 1,5 mindən çox şəxs və qrupa qarşı sanksiyalar tətbiq edib.