Kanal 13-ün rəhbəri Əziz Orucov saxlanıldı

21:00 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kanal 13″ internet kanalının rəhbəri Əziz Orucovun mənzilində axtarış aparılıb.

Hafta.az xəbər verir ki, bu barədə Əziz Orucovun qardaşı Anar Orucov feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Əziz Orucovun evində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarış aparılıb.

 

Vəkil Bəhruz Bayramov da qeyd edib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aprıb. O, hazırda polis idarəsinə aparılır. Kanal rəhbərinin konkret cinayət işi ilə bağlı saxlanıldığı deyilir.

Oxunma sayı 144