Karantin qaydalarını pozan çay evi aşkarlanıb

16:48 17.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.
Ümumilikdə 6 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.