Karantin qaydalarını pozduğu deyilən hotellə bağlı polisdən açıqlama

14:39 06.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” hotelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

İdarədən hafta.az-a verilən məlumatda bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub. Həmin fotoşəkil 2017-ci ildə çəkilib.

Oxunma sayı 1669
Sosial rubrikasından digər xəbərlər