Karateçilərimiz 3 medal qazanıblar

15:13 28.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə, gənclər və böyüklər arasında keçirilən 42-ci Qran-Pri turnirində Azərbaycan karateçiləri üç bürünc medal qazanıblar.

Hafta.az xəbər verir ki, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qızlar və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olublar. Komandamızın üzvü İrina Zaretska (68 kq) isə bürünc medal görüşündə qələbəni əldən verib.

Mötəbər yarışda 30 ölkədən 1975 karateçi birincilik uğrunda mübarizə aparıb.