“KAVLAK” markalı zeytun yağı almayın: Avropada satışdan yığışdırıldı

10:00 29.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədən Fransaya ixrac edilən “Kavlak” markalı zeytun yağının geri çağırılması ilə bağlı qərar verilib. İstifadəsi dayandırılan məhsulun tərkibində “kanserogen maddələr üçün qanuni limitdən altı dəfə çox” olduğu aşkarlanıb və alıcılara “istifadəni dərhal dayandırıb məhsulu geri qaytarmağa” çağırılıb.

Hafta.az-ın yazdığına görə, Türkiyə mənşəli brendin 1 litrlik şüşə zeytun poma yağının analizi zamanı 13,7 mq/kq polisiklik aromatik karbohidrogen (PAH) aşkar edilib.

“Sözcü” xəbər verir ki, bu səviyyə Avropa İttifaqının icazə verdiyi maksimum 2 mq/kq hədddən təxminən altı dəfə çoxdur. PAH birləşmələri uzunmüddətli xərçəng riski yaradan maddələr arasındadır. Üzərində "Həyat mənbəyi" və "Xüsusi keyfiyyət" ifadələri olan və şüşə butulkada satılan məhsulun Fransada geniş yayıldığı bildirilir. Fransız səlahiyyətliləri məhsulla bağlı xəbərdarlıq edərək, "İstifadəsini dərhal dayandırın" və "Məhsulu istehlak etməyin, satın alındığı yerə qaytarın" sözləri əlavə edib.