Kəbənin Kisvəsi Özbəkistan prezidentinə hədiyyə edilib

11:10 20.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müqəddəs Kəbənin örtüyü – Kisvənin bir hissəsi Səudiyyə Ərəbistanı Krallığı tərəfindən Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinə hədiyyə edilib.

Hafta.az-ın yazdığına görə, hazırda Mərkəzi Asiya ölkəsində səfərdə olan Krallığın Həcc və Ümrə naziri Tofiq əl-Rəbiah Kral Salmanın göstərişi ilə Kisvədən bir hissəni prezident Şavkat Mirziyoyevə təqdim edib.

Mirziyoyev Krallığın Həcc və Ümrə təcrübələrini inkişaf etdirmək və özbək zəvvarların Səudiyyə Ərəbistanına səyahətlərini asanlaşdırmaq səylərini yüksək qiymətləndirib.