Almaniya, Amerika və Polşa hərbçilərinin Polşa ərazisində birgə təlimləri Rusiya prezidenti Vladimir Putin üçün “aydın siqnal” olacaq, Almaniyanın müdafiə naziri Boris Pistorius ARD telekanalının efirində bildirib.
Onun sözlərinə görə, “yaxın vaxtlarda” baş tutacaq manevrlər Baltikyanı və Şərqi Avropa ölkələrinə dəstəyi nümayiş etdirəcək və Almaniya və ABŞ-ın NATO üzvü kimi öz müdafiə öhdəliklərini yerinə yetirdiyini göstərəcək. Bundan əlavə, onlar Rusiya prezidenti Vladimir Putinə “NATO heç bir halda onun düşündüyü qədər zəif olmadığına” dair “aydın siqnal” rolunu oynayacaq”, - Pistorius bildirib.
Nazir həmçinin əlavə edib ki, alyans Ukraynada hərbi əməliyyatların başlamasından əvvəlkindən “daha güclü və daha birləşib”.
Bundan əlavə, Pistorius Almaniyanın müdafiə büdcəsinin artırılmasının tərəfdarı olub.