Keçmiş “Mercedes” zavodunda “Exeed” istehsal olunacaq

09:25 25.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva yaxınlığındakı Yesipovoda “Avtodom”a təhvil verilən keçmiş “Mercedes” zavodu montaj müqaviləsi çərçivəsində Çinin “Chery” şirkətinin premium avtomobil seqmentində yer alan “Exeed”in VX modelinin yığılmasına başlayır.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, VX modelindən başlayaraq “Exeed”in seriyalı yığılması iyulda başlayacaq və ilk partiya avqustda dilerlərə təhvil veriləcək.

Mütəxəssislər deyirlər ki, avtomobil bazarının premium seqmentində daha böyük sabitlik istehsal həcmlərində nisbi proqnozlaşdırıla bilənliyi təmin edir.

İkinci modelin istehsal xəttinə 2025-ci ilin fevralında çıxacağı gözlənilir.

Bildirilir ki, avtomobil zavodunun sahibi “Avtodom” Şirkətlər Qrupu yığılan hər avtomobil üçün avtomobil dəstinə görə 450-500 avro (təxminən 42-47 min rubl) aralığında pul alacaq.

Rusiyadakı “Mercedes-Benz” zavodu 2022-ci ilin martında rəsmən istehsalı dayandırıb. Şirkət həmin ilin oktyabrında Rusiya bazarından çıxdığını rəsmən təsdiqləyib.

Avtomobil istehsalçısı Rusiyadakı aktivlərini yerli investor “Avtodom”a satıb.