Keçmiş prezident 16 il müddətinə azadlıqdan məhrum edilib

15:10 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qvatemalada məhkəmə keçmiş prezident Otto Peres Molinanı 16 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə hafta.az “Prensa Libre” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, sabiq dövlət başçısı cinayətkar sui-qəsddə və gömrükdən yayınmada təqsirli bilinib. Bu cinayətlərə görə eyni cəza Molina Mərkəzi Amerika Respublikasına rəhbərlik etdiyi zaman vitse-prezident vəzifəsində çalışan Roksana Baldettiyə də verilib. Məhkumların hər biri 8,7 milyon kvetzal (təxminən 1,1 milyon dollar) məbləğində cərimə ödəməli olacaq.

2015-ci ilin yazında Baş Prokurorluq və BMT-nin maliyyələşdirdiyi Qvatemalada Qanunsuzluğa Qarşı Mübarizə Komissiyası gömrük orqanlarının fəaliyyətində irimiqyaslı korrupsiya sxeminin üstünü açıb. Baş verən qalmaqal Baldettini may ayında istefa verməyə məcbur etdi və avqustun sonunda o, həbs olundu.

2012-ci ilin yanvarından 2015-ci ilin sentyabr ayının əvvəlinə kimi dövlət başçısı vəzifəsini icra edən Peres Molina sui-qəsd, qaçaqmalçılıq və rüşvətxorluqda ittiham olunub. Sentyabrda parlament onun toxunulmazlığını götürüb, bundan sonra o, istefasını qəbul edib. Daha sonra sabiq dövlət başçısı cinayət işi üzrə təqsirləndirilən şəxs olub və məhkəmənin qərarı ilə həbs edilib.

Oxunma sayı 1450