Kəlbəcərdə raket aşkarlandı

13:48 21.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcərdə silah-sursat aşkarlanıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əleyhinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.