Kəlbəcərli məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər

11:00 27.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

YAP Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdaəsi Kəlbəcər rayon sektoru  99 saylı Kəlbəcər rayon tam orta məktəbi ilə birlikdə Xocalı soyqrırımının 32-çi ildönümünə həsr olunmuş anım tədbiri kecirilib.

 

Hafta.az xəbər verir ki, tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 

İlk önçə tədbir iştirakçıları Xocalı soyqrımı qurbanlarının xatirəsinə salınmış abidəni ziyarət ediblər. Torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildir ki, Xocalı faciəsindən artıq bizi 32 illik zaman ayırır. O faciə əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. 32 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalıda insanlığa, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bütün Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz son dərəcə qəddarlığı və qeyri-insani üsulları ilə bəşər tarixinə inanılmaz vəhşilik aktı kimi daxil olmuşdur. Bu soyqırım həm də bütün bəşəriyyətə qarşı tarixi cinayətdir”. Bu gün qürur duyuruq ki, faciənin 32-ci ildönümü əvvəlki illərdən fərqlidir, ona görə ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Xocalıda. Prezident İlham Əliyevin dediyi kimi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı.  Uğurla başa çatan antiterror əməliyyatından sonra  Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi və nəhayət, uzun illər gözüyaşlı, ürəyi dağlı qalmış Xocalı erməni işğalçılarından azad edilib.

Kəlbəcər rayon 99 saylı orta məktəbin direktoru İsmət Nəcəfov cıxış edərək bildirdi ki, Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan  ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox  ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.

 

Məktəbin tarix müəllimi Nazim Ələsgərov çıxış edəərk bildirdi ki, Bu gün qürur duyuruq ki, faciənin 32-ci ildönümü əvvəlki illərdən fərqlidir, ona görə ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı.

 

Tədbirdə məktəblilər Xocalı soyqrımına həsr olunmuş ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.

Oxunma sayı 112