Kəmaləddin Heydərov Rusiya FHN-ə başsağlığı verdi

11:48 10.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması ilə bağlı həmin nazirliyin kollektivinə başsağlığı məktubu göndərib.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, məktubda rusiyalı nazirin hər zaman ölkəsinin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini xatırladan nazir K.Heydərov, onun insan həyatını xilas edərkən qəhrəmancasına həlak olduğunu qeyd edib.

İstedadlı rəhbər, dövlət xadimi və hörmətli həmkar olaraq Yevgeni Ziniçevin həlak olması xəbərinin kədərlə qarşılandığını bildirən Kəmaləddin Heydərov Rusiya FHN-in kollektivinə dərin hüznlə başsağlığı verib.