Kəmaləddin Heydərov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

21:36 22.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə əklil qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirib.