Kənd təsərrüfatında orta yaş həddinin 59-a yüksəlməsi və gənc fermerlərin xüsusi çəkisinin 5 faizdə qalması ilə gəncləri kənd yerlərinə getməyə həvəsləndirmək üçün Türkiyədə hərtərəfli təşviq paketi hazırlanır.
Hafta.az-ın yazdığına görə, Fermerlərin Qeydiyyatı Sistemində qeydiyyatdan keçmiş təxminən 2,3 milyon fermerin yalnız 12 faizi 40 yaşdan aşağıdır.
İqtisadi Koordinasiya Şurasının (İƏK) son iclasında qəbul edilmiş qərara uyğun olaraq, hazırda təhsil almayan və ya işlə məşğul olmayan gənclərin öz kəndlərinə qayıdıb istehsalatda iştirakını təmin etmək üçün konkret təkliflər hazırlamaq aidiyyəti nazirliklərə tapşırılıb. Bu kontekstdə kəndlərinə qayıtmaq istəyən gənclərə pulsuz torpaq sahəsi verilməsi, kredit imkanlarının yaradılması, mənzil tikintisinə dəstək kimi addımlar masadadır.