Yazını böyüt
Yazını kiçilt
“Kəpəz” heyətinə yeni qapıçı cəlb edib.
Klubdan hafta.az-a verilən məlumata görə, “sarı-göylər” portuqaliyalı Paulo Rojerio Veyqa dos Santuşu transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.
O, son olaraq vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" klubunda çıxış edib. P. Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.