“Kərki Azərbaycana təhvil verilsə, türk dünyası birləşəcək...”  

20:08 02.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Bu hakimiyyət Tavuşda aparılan siyasəti həyata keçirəcək və Tiqranaşen(Kərki-S.L.) nə qədər önəmsiz görünsə də, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü baxımından strateji əhəmiyyət kəsb edir”.

Hafta.az xəbər verir ki, “Hraparak” nəşrinin yazdığına görə, bu qəsbkar xislətli fikri “Miasin” hərəkatının təşəbbüsü ilə keçirilən müzakirələr zamanı Ermənistan Demokratik Xalq partiyasının sədri Aram Sarkisyan dilə gətirib.

“Ermənistan hakimiyyəti Tiqranaşeni təhvil vermək qərarına gəlsə, onlar yalnız həmin ərazini deyil, Naxçıvan sərhədindən başlayaraq 12 kilometr uzunluğunda olan anklav adlanan ərazini də təhvil verəcəklər. Nəticədə bütün o hissə türk dünyasını birləşdirən dəhlizə çevriləcək. Çünki oradan Sisiana, Meğriyə və s. yol açılır. Yəni Tiqranaşen anlayışı anklav deyil, bu hökumət o cinayət sövdələşməsini həyata keçirsə, dəhlizin formalaşa biləcək hissəsidir”, -deyə A.Sarkisyan vurğulayıb.