Kilsə "abortu təşviq edənlərə" müharibə elan etdi

10:20 04.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rus Pravoslav Kilsəsi ölkədə abort hüququnu müdafiə edən və bu istiqamətdə təbliğat aparan təşkilatların “arzuolunmaz” elan edilməsini və məhkəmə cəzasına məruz qalmasını tələb edib.

Hafta.az-ın yazdığına görə, kilsə rəsmisi Vaxtanq Kipşidze bildirib ki, bu tədbir abortu təbliğ edənlər üçün "yaxşı siqnal" ola bilər və bu məsələ ilə bağlı tədbirlər görməyə çağırıb.

Kpşidze “Abortun bəşəriyyətə xeyirli olduğunu” iddia edənlərin əksəriyyətinin “xaricdən maliyyə alaarq” bu istiqamətdə təbliğat apardıqları fikrini ifadə edib.

Rusiyada "arzuolunmaz" statusu olan təşkilatların rəhbərliyində və ya strukturundakı şəxslər məhkəmə cəzasına məhkum edilə bilər.

Ukrayna müharibəsindən sonra bu statusa malik təşkilatların sayı artıb.

2022-ci ildə 23 olan bu rəqəm 2023-cü ildə 58-ə çatıb, 2024-cü ilin may ayında isə 160-ı ötüb.